AZ EN RU

Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərlənib

Hadisə bugün qeydə alınıb. Belə ki, Naxçıvanda tələbə olan və burada kirayə qalan 2004-cü il təvəllüdlü Şərur rayon Kərimbəyli kənd sakinləri Seyidova Nərmin Kamil qızı (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Baxşıyeva Salatın Hikmət qızı (Naxçıvan Texniki Kolleci), Şərur rayon Düdəngə kənd sakini 2006-cı il təvəllüdlü İmanova Zəhra Rüzgar qızı (Naxçıvan Texniki Kolleci) və Şərur rayon Danyeri kənd sakini 2006-cı il təvəllüdlü Həsənova Sədaqət Məmməd qızı dəm qazının sızması nəticəsində zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduqları bildirilir. 
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 28.11.2023 10:44