AZ EN RU

Naxçıvanda kiçik və orta biznesin inkişafı məqsədilə təlimlər davam etdirilir

Ölkəmizdə kiçik və orta biznesin inkişafı həmişə dövlətin diqqət mərkəzində olub. Bu məqsədlə həyata keçirilən tədbirlər arasında maarifləndirmə və təbliğat sahəsində işlərin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bu məqsədlə, 2017-ci ildə ölkəmizdə yaradılmış Kiçik və  Orta Biznesin İnkişafı Agentliyi- KOBİA nın  dəstəyi ilə bu ilin aprelindən başlayaraq Naxçıvan Biznes  rkəzində Naxçıvan KOB  İnkişaf Mərkəzinin  təşkilatçılığı ilə təlimlərə başlanılmışdır.

Ötən may ayından başlayaraq mühasibat uçotu, insan resursları, turizm işinin təşkili, sahibkarlığın inkişafı, effektiv marketinq sisteminin qurulması, layihələrin idarə olunması, vergi qanunvericiliyi, effektiv satış sisteminin qurulması, dövlət satınalmaları, çevik idarəetmə mövzularında  təlimlər təşkil olunub.   Mərkəzdən  aldığımız məlumada  deyilir ki,

 keçirilən  təlimlərdə sahə üzrə ekspertlərin təqdimatları maraqla qarşılanmışdır. Belə ki,  indiyə qədər təlimlərdə 600 dən artıq şəxs iştirak etmiş və onlara müvafiq sertifikatlar təqdim olunmuşdur. Təlimlər qarşıdakı aylarda da davam etdiriləcək. Qeyd edək ki, Naxçıvan KOB  İnkişaf Mərkəzi  kiçik  və  orta biznesin inkişafı  məqsədilə təlimlərlə yanaşı məsləhət xidməti,  şəbəkələşmə  və məlumatlandırma xidmətləri də təklif  edir.

Əli CABBAROV

Nəşr edilib : 17.08.2023 17:41