AZ EN RU

Naxçıvanda kənd təsərrüfatı məhsullarının satışı yarmarkası keçiriləcək - FOTOLAR

İyulun 23-ü və 24-ü Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək.

Naxçıvan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, yarmarkanın təşkili zamanı avtomobillərin hərəkəti vətəndaşlara mane törədir. Bu səbəbdən qeyd olunan ünvanda avtomobillərin hərəkəti bu gün saat  18:00-dan bazar günü saat 15:00-dək məhdudlaşdırılacaq. Sürücülərdən qeyd olunan müddət ərzində həmin yoldan mümkün qədər istifadə etməmək xahiş olunur.

Nəşr edilib : 21.07.2023 19:26