AZ EN RU

Naxçıvanda keçirilən “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı seminar sona çatıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvansarayda keçirilən seminar muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, region və könüllü təşkilatların gənclərini əhatə edib.

Seminar Ümummilli Lider Heydər Əliyevin nümunəsində dəyərlərə mühafizəkarlıq missiyasının gənclərə aşılanması, onlarda milli-mənəvi dəyərlərimizə qarşı bağlılıq hissinin yüksəldilməsinə xidmət edib.

Üçgünlük layihə çərçivəsində gənclər və idman naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev və digərlərinin mühazirə və çıxışlar dinlənilib, diskussiyalar, intellektual yarış və film nümayişləri reallaşıb. İştirakçılar üçün tarixi-mədəni abidələrə  ekskursiyalar təşkil edilib.

Nəşr edilib : 30.10.2023 10:15