AZ EN RU

Naxçıvanda keçiriləcək “Aqro festival” istilərə görə təxirə salınıb

Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq.

Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.

Qeyd edək ki, festivalın avqustun 25 və 26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.

Nəşr edilib : 08.08.2023 10:27