AZ EN RU

"Naxçıvanda jazz sədaları" baş tutacaq

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş   "Naxçıvanda jazz sədaları" adlı konsert keçiriləcək. 
Konsert proqramından əvvəl Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, Naxçıvan Dövlət Universitetinin dosenti Cavid İsmayılovun “Naxçıvanda jazz sədaları” adlı konsertdə ifa olunan əsərlərə ithaf etdiyi illüstrasiyalar sərgilənəcək. 
Qeyd edək ki, konsert proqramı 31 may saat 19:00-da baş tutacaq.

Nəşr edilib : 29.05.2024 14:51