AZ EN RU

Naxçıvanda iyun ayında enerji istehsalında “yaşıl enerji”nin payı artıb

2024-cü ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.

Cari ilin iyun ayında istehsal olunan ümumi elektrik enerjisinin 70.4 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür. Qeyd edək ki, bu göstərici cari ilin may ayında 92.5 % olub. Məlumat üçün bildirək ki, su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının generasiya gücü 107,8 MVt-dır ki, bu da ümumi gücün təxminən 44,04%-ni təşkil edir.

İstehsal olunan elektrik enerjisi İstilik Elektrik Stansiyalarında (İES) 13 677 000 kilovat-saat, Su Elektrik Stansiyalarında (SES) 26 227 797 kilovat-saat, digər alternativ və bərpa olunan mənbələri üzrə isə 6 289 209 kilovat-saat olub.

2024-cü ilin altı ayı ərzində şinə buraxılan elektrik enerjisi 221 597 860 kilovat-saat olmaqla, 2023-cü ilin müvafiq dövrü ilə (42 036 701 kilovat-saat) müqayisədə 179 561 159 kilovat-saat (23.41 % ) artıb.

2024-cü ilin iyun ayı üzrə istehsal olunan ümumi elektrik enerjisinin:

- 26 227 797 kilovat-saatı və ya 56.8 %-i Su Elektrik Stansiyalarında;

-13 677 000 kilovat-saatı və ya 29.6 %-i İstilik Elektrik Stansiyalarında;

 -6 289 209 kilovat-saatı və ya 13,6 %-i Günəş Elektrik Stansiyasında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

Hazırda muxtar respublika elektroenergetika sistemi üzrə ümumi gücü 137 meqavat olan 2 istilik elektrik stansiyası, ümumi gücü 68,4 meqavat olan 5 su elektrik stansiyası, ümumi gücü 38 meqavat olan 3 günəş elektrik stansiyası, gücü 1,1 meqavat olan 1 külək-günəş hibrid elektrik stansiyası, gücü 0,3 meqavat olan 1 külək elektrik stansiyası fəaliyyət göstərir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin sturukturunda olan stansiyaların ümumi gücü 244,8 meqavatdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidməti

 

 

 

Nəşr edilib : 08.07.2024 20:04