AZ EN RU

Naxçıvanda ixrac üçün verilmiş mənşə sertifikatlarının sayı artıb

Naxçıvanda ixrac üçün nəzərdə tutulan məhsullara verilən mənşə sertifikatlarına tələbat artmaqda davam edir. Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 110 mənşə sertifikatı verilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,9 faiz çoxdur.

Hesabat dövründə verilən mənşə sertifikatların 60 faizini CT-1 formalı mənşə sertifikatı, 40 faizini isə “Ümumi” formalı mənşə sertifikatı təşkil edib.

 

Nəşr edilib : 20.05.2024 14:38