AZ EN RU

Naxçıvanda ixrac olunan mallara 147 mənşə sertifikatı verilib

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 147 mənşə sertifikatı verilib.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki,  bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7 faiz çoxdur. Hesabat dövründə CT-1 formalı mənşə sertifikatı 98 ədəd, “Ümumi” formalı mənşə sertifikatı 49 ədəd təşkil edib.

Nəşr edilib : 07.06.2024 12:10