AZ EN RU

Naxçıvanda istehsal olunan məhsulların ixrac potensialı müəyyənləşdirilib, logistik zonalar dəyərləndirilib

 “Himal Holding”in rəhbəri Hacı Ələsgərov Çin Xalq Respublikası və Türkiyə Cumhuriyyətindən olan tanınmış iş adamlarını qəbul edib.

Göruş zamanı Naxçıvanda fəaliyyət göstərən bir sıra istehsal müəssisələrinin geniş potensialının araşdırılması və bu məhsulların beynəlxalq bazarlara çıxarılması perspektivləri ətraflı müzakirə edilib. Eyni zamanda, nümayəndə heyəti Naxçıvandakı logistik zonaları nəzərdən keçirib, onların infrastrukturunu və imkanlarını qiymətləndirib. bildirilib ki, məhsulların səmərəli daşınması və paylanması, xüsusən də logistikaya yönəlmiş investorlar üçün çox vacibdir. Naxçıvanda istehsal olunan məhsulların ixrac potensialı ətrafında müzakirələr aparılıb. Nümayəndə heyəti Naxçıvanda investisiya mühitinin əlverişli olduğunu vurğulayıb.

Qeyd edək ki, Naxçıvana səfər edən investorlar dünya səviyyəli logistika şirkətlərinin sahibkarları kimi tanınırlar. Çinin böyük investisiya təşkilatına rəhbərlik edən Jiang Yuxiang və Rusiya, Çin və Türkiyə arasında əlaqələr üzrə ixtisaslaşmış əhəmiyyətli logistika şirkətinin sahibi Askar Sadık bu sahədə dünya miqyasında tanınan şəxslərdir. Bütövlükdə, bu səfər Naxçıvanda güclü əlaqələrin qurulması və investisiyaların təşviqi, xüsusilə logistika və istehsal sektorlarının inkişafı və gələcək əməkdaşlıq üçün münbit şəraitin yaradılması istiqamətində mühüm addım deməkdir. Bu müzakirələr regionda iqtisadi inkişafı və ticarət imkanlarını artırmaq, Naxçıvan, Çin və Türkiyə arasında əlaqələrin gücləndirilməsi üçün böyük əhəmiyyətə malikdir.

Xəbərlər şöbəsi

 

 

Nəşr edilib : 06.09.2023 22:25