AZ EN RU

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği bir milyon manatı ötüb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il martın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatlarının sayı 3136 ədədə çatıb. 
Xidmətdən “Şərq qapısı” qəzetinə bildirilib ki, cari ilin 2 ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 58,7 milyon manatdan artıq olub. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43,4 milyon manat və ya 3,8 dəfə çoxdur. Həmçinin bu il martın 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1 milyon 70 min, təkcə fevral ayında isə 81,9 min manat ƏDV məbləği geri qaytarılıb.  Ötən ilin eyni dövrü ilə müqayisədə fevral ayında istehlakçılara qaytarılan məbləğ 2,4 dəfə artıb.  


Nail ƏSGƏROV

Nəşr edilib : 18.03.2024 12:30