AZ EN RU

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği 2,5 dəfə artıb

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il iyunun 1-dək  muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3506 ədəd olub.
Xidmətdən “Şərq qapısı”na bildirilib ki, yanvar – may ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 156,3 milyon manat təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 93,7 milyon manat və ya 2,5 dəfə çoxdur.
İndiyədək Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Cari ilin 5 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,5 dəfə artaraq 560,5 min manat olub.

Nəşr edilib : 14.06.2024 15:14