AZ EN RU

Naxçıvanda ipək istehsalı müəssisəsi yaradılacaq

Naxçıvanda ənənəvi baramaçılığın və ipəkçiliyin inkişafı, yeni tut bağlarının salınması və ipək istehsalı müəssisəsinin yaradılması üçün müvafiq tədbirlər görüləcək.  Bu məqsədlə ötən il oktyabrın 16-da “Dövlət satınalmalarının vahid internet portalında” satınalma müsabiqəsi elan edilib. Noyabrın 15-də müsabiqə uğurla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən aldığımız məlumata görə müsabiqədə iştirak edən şirkətlər arasında aparılmış qiymətləndirmə nəticəsində qalib elan edilmiş “FLOWERS AND PLANTS” MMC ilə ötən il noyabrın 27-də satınalma müqaviləsi imzalanıb. Sözügedən tədbirlərin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 100.000,0 manat vəsaitin 65.136,0 manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Vəsait üzrə 34.864,0 manat məbləğində qənaət əldə olunub.

 

Nail ƏSGƏROV

 

Nəşr edilib : 11.01.2024 16:02