AZ EN RU

Naxçıvanda inzibati vəzifələrin altıncı-yeddinci təsnifatı üzrə müsabiqə elan edilib

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatı üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir.  

Bu barədə Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 25 aprel - 25 may 2023-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər imtahanda iştirak üçün Azərbaycan Respublikası Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş məbləği (70 AZN) “Şəxsi Kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər.

Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər.

Maraqlananlar Mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya office@ndim.gov.az elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakant vəzifələrin siyahısı, ixtisas tələbləri və vəzifə təlimatları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz.

https://ndim.gov.az/metbuat-xidmeti/xeberler/dovlet-orqanlarinda-inzibati-vezifelerin-altinci-yeddinci-tesnifati-uzre-musabiqe-elan-edilib

Nəşr edilib : 25.04.2023 15:15