AZ EN RU

Naxçıvanda investisiya layihələrinin maliyyələşdirilməsinə 39,8 milyon manat vəsait sərf edilib

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumata əsasən 2023-cü ilin dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 2660,4 mln. manat vəsait yönəldilib.

Məlumatda deyilir ki, bu mənbədən elm, təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat, mədəniyyət, idman, digər sosial-mədəni, müdafiə, hüquq-mühafizə, inzibati, idarəetmə və digər təyinatlı obyektlərin tikintisi və yenidən qurulmasına 659,8 mln. manat, ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya, kənd təsərrüfatı infrastrukturlarının tikintisinə və yenidən qurulmasına 1960,8 mln. manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 39,8 milyon manat vəsait sərf edilib.

Nail ƏSGƏROV

         

Nəşr edilib : 25.01.2024 17:32