AZ EN RU

Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 14 milyon manatı ötüb

Cari ilin yanvar-may aylarında muxtar respublikada nəqliyyat sektorunda  2 milyon 829 min 400 ton yük, 18 milyon 917 min 300 sərnişin daşınıb. 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1, sərnişin daşınması isə 0,8 faiz artıb. 2024-cü ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 14 milyon 145 min 400  manat olub.

Nəşr edilib : 11.06.2024 15:43