AZ EN RU

Naxçıvanda ilk dəfə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elan olunub. 
Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunacaq. Test imtahanı 2 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək. İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında ( https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan)  02.05.2024-cü il saat 09:00-dan 22.05.2024-cü il saat 18:00-dək aparılacaq.
Test imtahanı müvafiq vakant vəzifənin fəaliyyət istiqaməti üzrə ixtisas biliklərini qiymətləndirmək üçün 40, pedaqoji bacarıqlarını və tədris prosesində şagirdlərlə davranışını müəyyən etmək üçün 10, ümumi dünyagörüşünü əhatə edən 10 və namizədin məntiqi düşünmə bacarığını müəyyən etmək üçün 10 test tapşırığından ibarətdir. Müsabiqənin müsahibə mərhələsində namizədin vəzifəyə uyğunluğunu Nazirlik tərəfindən yaradılan Müsahibə Komissiyası müəyyən edir.
İşə qəbul qaydaları, test imtahanı və müsahibə mərhələsinin proqramları, habelə məktəblərdə mövcud olan vakansiyalarla aşağıdakı linklərə daxil olmaqla tanış ola bilərsiniz.

Nəşr edilib : 04.05.2024 11:13