AZ EN RU

“Naxçıvanda ilk dəfə peşə təhsili müəssisələrinə qəbul bu ildən həm ümumi orta təhsil (9 illik), həm də tam orta təhsil (11 illik) bazadan aparılacaq”

Bunu “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Apartının Peşə təhsili şöbəsinin məsləhətçisi Nuray Həsənova deyib. O bildirib ki, ümumi orta təhsil bazasından, yəni 9 illik bazadan peşə təhsili müəssisələrinə daxil olanlar burada əvvəlcə tam orta təhsil bazasını tamamlayıb, sonra isə peşə ixtisasına yiyələnəcəklər.
Qeyd edək ki, peşə təhsili müəssisələrinə qəbul ümumi orta təhsil bazasında ilk (1 illik), texniki (2 illik), texniki – tam orta təhsil almaqla (3 illik) və yüksək texniki peşə təhsili (4 illik) səviyyələri üzrə, tam orta təhsil bazasından isə ilk (6 aylıq), texniki (1 illik) və yüksək texniki peşə təhsili (3 illik) səviyyələri üzrə aparılır.

 Bülbül QULİYEVA

Nəşr edilib : 11.07.2024 14:47