AZ EN RU

Naxçıvanda ilk dəfə ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu müsabiqəsinə start verilib

Bu gündən ölkə üzrə 2024-2025-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. 
 "Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə təşkil olunacaq imtahanda 1700-ə yaxın namizəd iştirak edəcək.
 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən test imtahanında ümumtəhsil proqramı üzrə minimum  34 və tədris metodikası üzrə  isə minimum  6  olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılacaq. 
Məlumat üçün bildirək ki, bu gün  ilk olaraq  ümumtəhsil məktəblərində vakant olan  texnologiya və təsviri incəsənət fənləri üçün müsabiqənin test imtahanı mərhələsi keçiriləcək və müsabiqə iyulun 10-na kimi davam edəcək.

Nəşr edilib : 02.07.2024 09:09