AZ EN RU

Naxçıvanda ilk dəfə olaraq şagirdlər üçün monitorinq imtahanlarının təşkili mərkəzləşmiş qaydada həyata keçiriləcək

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramına uyğun olaraq  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada şagird nailiyyətlərinin  monitorinqinin  həyata keçirilməsi məqsədilə müvafiq proqram  təminatının və   mexanizminin yaradılmasına başlanılıb.Hazırda  monitorinq imtahanlarının təşkili üçün tender yolu ilə alınan avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb.  
Qeyd edək ki,  proqram təminatı və mexanizmi yaradıldıqdan sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  IV-VIII siniflər üzrə ümumi,  IX-XI siniflər üzrə isə   buraxılış və qəbul formatında  olmaqla,  tədris ili ərzində  6 monitorinq imtahanının  keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 31.01.2024 16:10