AZ EN RU

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılır

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqə üzrə qeydiyyat 15 may saat 11:00-dan 22 may saat 11:00-dək davam edəcək.

❗Qeyd edək ki, bu il ilk dəfə olaraq “ASAN Login” sistemi vasitəsilə qeydiyyat prosesi həyata keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər “ASAN Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.

Məlumat üçün bildirək ki,  bu il Naxçıvanda  ilk dəfə olaraq  namizədlər ölkə üzrə mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulunda iştirak edə biləcəklər. 

ℹDaha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://miq.edu.az/faq

Müsabiqə iştirakçılarına uğurlar arzulayırıq!

Nəşr edilib : 14.05.2024 17:35