AZ EN RU

Naxçıvanda ilk dəfə olaraq “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl Məktəb” layihəsi həyata keçiriləcək

Naxçıvan Muxtar Respublikası Təhsil, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan yaşıl məktəb layihəsi həyata keçiriləcək.
Yaşıl məktəb layihəsinə 2024-cü ilin fevral ayının 15-dən start veriləcək və  dekabr ayının sonuna qədər olan  dövrü əhatə edəcək.
Layihə çərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin   ərazilərində   reylefə uyğun 10000  meyvə və dekorativ ağacların əkilməsi nəzərdə tutulur. 
Ağacəkmə aksiyaları könüllü olaraq  tədris müəssisələrinin  kollektivlərinin,  valideynlərin, həmçinin könüllülərin və digər ictimaiyyət nümayəndələrinin    iştirakı ilə həyata keçiriləcək. 
Qeyd edək ki,  “Yaşıl məktəb” layihəsinin məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

Nəşr edilib : 10.02.2024 14:02