AZ EN RU

Naxçıvanda ilk dəfə olaraq mühəndis melioratorlar işə müsabiqə ilə qəbul olunur

    Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ixtisaslı kadrlara olan tələbatının ödənilməsi məqsədilə ilk dəfə keçirilən müsabiqəyə çıxarılmış 26 vakant vəzifənin tutulması üçün 15 namizəd qeydiyyatdan keçib.
    İki mərhələdən ibarət müsabiqənin test imtahanında hər bir namizədə, ümumilikdə, 100 olmaqla qanunvericiliyə dair 40, Azərbaycan dilinə dair 15, məntiqə dair 30, informasiya-kommunikasiya texnologiyalarına dair 15 test tapşırığı təqdim edilib.
    Test imtahanında ən azı 60 bal toplamış alitəhsilli və 45 bal toplamış orta ixtisas təhsilli namizədlər bu mərhələdən keçmiş sayılır və zəruri sənədləri təqdim etməklə müsahibə mərhələsinə buraxılırlar.
    Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur və vakant vəzifəyə təyin edilmək üçün təqdim olunur.
    Naxçıvan Muxtar Respublikası Nazir­lər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə işə qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında 15 aprel 2021-ci il tarixli qərarına əsasən keçirilən müsabiqənin nəticələrinə görə imtahanda iştirak edən 14 namizəddən 8-i keçid balını toplayıb və müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. 

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Nəşr edilib : 08.09.2022 21:05