AZ EN RU

Naxçıvanda ilk dəfə olaraq müəllimlər iş yerlərini digər ümumtəhsil müəssisələrinə dəyişdirə biləcəklər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin  yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub.  

Qaydalara əsasən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə vakansiyalara uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçiriləcək.   

Müəllimlər  iş yerini  diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişmək imkanı əldə edəcəklər. 
     
Məlumat üçün bildirək ki,  müəllimlərin yerdəyişməsi Naxçıvan Muxtar Respublikasında  ilk dəfə olaraq həyata keçiriləcək. 

Müəllimlərin yerdəyişməsi ilə bağlı qaydalarla https://zip.lu/3irdk linkindən tanış ola bilərsiniz. 

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.04.2024 09:41