AZ EN RU

Naxçıvanda ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilir

Bu gün Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilir. 
"Şərq qapısı" məlumat verir ki, imtahanda ümumtəhsil məktəblərinin dördüncü sinifini bitirmiş qız şagirdləri iştirak edir. Şagirdlərə ana dili və riyaziyyatdan 45 sual təqdim olunacaq. Ən yüksək bal toplayan 60 şagird liseyə qəbul olunacaq. İmtahanda 250-dən artıq şagird iştirak edir.
Xatırladaq ki, muxtar respublikada liseylərə qəbul bu ildən Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair dövlət proqramına uyğun mərkəzləşmiş qaydada keçirilir.

Nəşr edilib : 23.06.2024 10:39