AZ EN RU

Naxçıvanda ilk dəfə olaraq dövlət xəstəxanasında yeni Mobil Laboratoriya Xidməti təqdim edilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilk dəfə olaraq dövlət xəstəxanasında yeni Mobil Laboratoriya Xidmətini təqdim edib.
Mobil laboratoriya xidməti evlərdə və iş yerlərində laborator analizlərin rahatlıqla götürülməsini təmin edəcək. Xidmət hərəkət və ya vaxt məhdudiyyəti olan, yolu uzaq olan və xəstəxanaya istənilən səbəbdən gələ bilməyən pasiyentlər üçün nəzərdə tutulub.
Xidmət zamanı peşəkar tibb personalı sizə uyğun məkanda biomaterial nümunə götürür, onu saxlanma şərtlərinə uyğun laboratoriyaya çatdırır və analizlər aparılır.

Nəşr edilib : 22.08.2023 20:47