AZ EN RU

Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsi keçiriləcək

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində  vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün  işə qəbul müsabiqəsinin test mərhələsi təşkil olunacaq.

 Müsabiqə saat 11:00-da Naxçıvan Şahmat Mərkəzində keçiriləcək.

📌Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətirməlidirlər:
🟢şəxsiyyət vəsiqəsi 
🟢göy rəngli diyircəkli qələm

 📌Müsabiqə zalına gətirmək qadağandır:
🔴 mobil telefon və digər rabitə vasitələri
🔴 ağıllı saat
🔴 kağız, yazılı qeyd kimi köməkçi vasitələr və s.

Naxçıvan Muxtar RespublikasıTəhsil Nazirliyi

Nəşr edilib : 22.01.2024 13:39