AZ EN RU

Naxçıvanda ilk dəfə lavanda bitkisi əkilib

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutu tərəfindən 1 hektar ərazidə 13 min lavanda bitkisi əkilib. Lavandanın əczaçılıq və kosmetika sənayesi üçün qiymətli xammal mənbəyi olan anqustifolia növünün əkini aparılıb. Tinglər lavandanın vətəni olan Bolqarıstandan gətirilib. Bu bitki efir yağları ilə olduqca zəngindir. Aqrotexniki qaydalara düzgün riayət edildiyi təqdirdə 1 hektardan 150 kiloqrama qədər yağ əldə etmək mümkündür

Qeyd edək ki, lavandanın əkini sınaq məqsədilə aparılıb. Sınaq əkinin nəticələrinə uyğun olaraq gələcəkdə lavanda plantasiyalarının genişləndirilməsi nəzərdə tutulub.

Nail ƏSGƏROV

Nəşr edilib : 05.03.2024 17:46