AZ EN RU

Naxçıvanda ilk dəfə keçirilən tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsində uğur qazanan namizədlərlə görüş keçirilib

Görüşdə müsabiqədə uğur qazanan namizədlərlə yanaşı, müsabiqənin təşkili üçün Təhsil Nazirliyi tərəfindən yaradılan  komissiyanın  üzvləri də iştirak edib.     
Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov müsabiqədə uğur qazanan namizədləri təbrik edərək   gənclərə tədris prosesinin düzgün təşkili, şagird nailiyyətlərinin artırılması və digər məsələlərlə bağlı tövsiyyələrini çatdıraraq, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.   
Qeyd olunmuşdur ki, komissiya üzvləri Təhsil Nazirliyi tərəfindən keçiriləcək  növbəti müsabiqələrin də  qaydalara uyğun və şəfaf şəkildə təşkilini diqqətdə saxlamalıdır.
  Qeyd edək ki, tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinə 126 vakant vəzifə çıxarılmış,  həmin vəzifələrə 604 namizəd sənəd vermiş, 2024-cü il dekabrın 9-da keçirilən müsabiqənin test mərhələsində sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlərdən 345-i  keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır. 25 dekabr 2023- 23 yanvar 2024-cü il tarixləri arasında keçirilən müsabiqənin müsahibə mərhələsində ən yüksək nəticə göstərən namizədlərdən 35-i daimi, 4-ü isə müvəqqəti olmaqla ümumilikdə 39 nəfər ümumtəhsil müəssisələrində tədris-köməkçi heyət vəzifələri üzrə işlə təmin olunmuşdur.
Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən  ümumtəhsil müəsissələrində vakant olan  tədris–köməkçi heyət vəzifələri üzrə növbəti işə qəbul müsabiqəsinin 2023-2024-cü tədris ilinin sonlarında keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 08.02.2024 20:06