AZ EN RU

Naxçıvanda ilk dəfə keçirilən "Karyera sərgisi" başa çatıb

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təkilatçılığı ilə Naxçıvanda ilk dəfə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş "Karyera sərgisi" bu gün başa çatıb. Sərgidə 8 özəl olmaqla, ümumilikdə 40 şirkət və dövlət qurumu iştirak edib. Şirkətlər və dövlət qurumları 2 mindən çox vakansiyanı tələbələrə və məzunlara  təklif edib. Vakansiyalara, ümumilikdə 4 min müraciət olub. Bu müraciətlərdən 40-dan artıq tələbənin elə yerindəcə vakansiya müraciəti təsdiq olunub. Digər tələbələrin vakansiya müraciətləri isə araşdırmaq məqsədilə götürülüb. Sərgi 4 gün ərzində ümumilikdə 6 min nəfər tərəfindən ziyarət olunub.  Sərgidə ümumilikdə 50 nəfər könüllü tələbə CV-lərin yazılmasında və digər işlərdə ziyarətçilərə köməklik göstəriblər.Sonda iştirakçı qurumlara Naxçıvan Dövlət Universiteti tərəfindən sertifikatlar verilib.

Nəşr edilib : 08.06.2024 16:19