AZ EN RU

Naxçıvanda ilk dəfə göycə istixanası yaradılacaq

Babək rayonunun Kültəpə kəndində muxtar respublikada ilk dəfə göycə istixanasının yaradılması nəzərdə tutulur.

Bu barədə “Şərq qapısı” qəzetinə kənd sakini, təcrübəli təsərrüfatçı Vasif Cəfərov məlumat verib. O qeyd edib ki, Naxçıvanın brendi sayılan göycənin alıcılıq qabiliyyətini nəzərə alaraq bu il payız aylarında muxtar respublikada bir ilkə imza atmaq niyyətindədir.

Təsərrüfatçı 5 hektara yaxın meyvə bağının 3-4 sot hissəsini ayıraraq göycə istixanası yaradacaq. İstixana 35 ağacı əhatə edəcək. Sentyabr-oktyabr aylarında işə başladığı təqdirdə, artıq mart-aprel aylarında ağaclarının barını götürəcəyini-deyir. Zəhmətkeş insan iki il bundan əvvəl bir ağacın üzərində təcrübə aparıb və nəticəsi müsbət olub. Bu yolla yaxşı gəlir əldə edəcəyinə inanır.

Nail ƏSGƏROV

Nəşr edilib : 03.04.2024 15:25