AZ EN RU

Naxçıvanda ilk dəfə bodibildinq üzrə yarış keçirilib

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində bodibildinqin mens fizik versiyası üzrə muxtar respublika birinciliyi keçirilib.

Bu barədə Naxçıvanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Birinciliyin reqlamentinə əsasən 170, 175, 180, 185 və 185+ sm boy kateqoriyaları üzrə çıxışlar izlənilib. Mükafatçılar münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Rəsul Ağamalıyev (170 sm), Elnur Tağızadə (175 sm), Murad Hatəmli (180 sm), Əli Bahartaş (185 sm) və Ümid Əliyev (185+ sm) öz kateqoriyalarında qalib adına layiq görülüblər.

Super kubok üçün yenidən səhnəyə çıxan qaliblərin arasından Ümid Əliyev baş mükafata yiyələnib.

Yarışa 22 idmançı qatılıb.

İlk üçlük diplom, medal və kubokla, həvəsləndirici yer sahibləri isə fəxri fərmanla təltif ediliblər.   

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 10.04.2023 16:23