AZ EN RU

Naxçıvanda ilk dəfə Aqro festival keçiriləcək

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə avqustun 25-i və 26-da Naxçıvanda ilk dəfə Aqro festival keçiriləcək.

Festivalda müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və digər istehsal vasitələrinin, o cümlədən kənd təsərrüfatı məhsullarının nümayişi və satışı həyata keçiriləcək.

Sonda festival ziyarətçilərinin rəyi ilə sertifikatlar təqdim olunacaq.

Festivalda iştirak və ziyarət etmək istəyən şəxslər onlayn olaraq office@nagro.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

060-596-69-62

(036)545-02-62 

Qeyd edək ki, festivalda iştirak etmək istəyən şəxslərə bilet əldə edilməsi və hotel seçimində istiqamət veriləcək.

Son qeydiyyat günü 10 avqustdur.

Nəşr edilib : 28.07.2023 21:25