AZ EN RU

Naxçıvanda ilin ilk körpəsi dünyaya gəlib

Naxçıvan Muxtar Respublikasında 2024-cü ilin ilk körpəsi Babək rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib.

1 yanvar 2024-cü il tarixində saat 00:20-də doğulan körpənin cinsi qız, boyu 50 sm, çəkisi 2 kq 894 qr olub.

Qeyd edək ki, 32 yaşlı Vayxır kənd sakini Günəş Quliyevanın doğulan yeni körpəsi Quliyevlər ailəsində 3-cü qız övladıdır.

Nəşr edilib : 01.01.2024 18:32