AZ EN RU

Naxçıvanda ilin birinci rübü 113 smartkarttipli sayğac quraşdırılıb

2024-cü ilin birinci rübündə Naxçıvan, Babək, Şərur və Culfa şəhərlərində əhali abonentlərinin ev və mənzillərində ön ödənişli smartkarttipli sayğacların quraşdırılması işləri davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən "Şərq qapısı" qəzetinə bildirilib ki, cari ilin 3 ayında ümumilikdə muxtar respublika üzrə 113 smartkarttipli sayğac quraşdırılıb. Bununla da bu tip sayğacların sayı 32 min 276-ya çatdırılıb. Naxçıvan Muxtar Respublikasında 1 aprel 2024-cü il tarixə bütün növ elektrik sayğaclarının sayı isə 98 min 781 ədəd olub.


Nail ƏSGƏROV

Nəşr edilib : 09.04.2024 12:53