AZ EN RU

Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan respublikanın 22 şəhər və rayonunda təşkil edilib.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda, ümumilikdə 2318 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 30 rəhbər, 227 nəzarətçi ayrılıb. 
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Nəşr edilib : 26.05.2024 13:00