AZ EN RU

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 16.5 % artıb

2023-cü ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığorta haqları üzrə daxilolmalar, ötən ilin müvafiq dövrünə nisbətən 16,5 % artaraq 5,6 milyon manat təşkil edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-mart aylarında işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə ötən ilin yanvar-mart ayları ilə müqayisədə 19,7 % artaraq 938 min manata çatıb

Nəşr edilib : 12.04.2023 13:23