AZ EN RU

Naxçıvanda həyətyanı sahədə yanğın baş verib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayonu Şəkərabad kəndində qamışlıq ərazidə, Cəhri qəsəbəsi və Vayxır kəndində isə həyətyanı sahədə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.
Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğınlar qısa müddətdə söndürülüb.

Nəşr edilib : 02.06.2024 20:09