AZ EN RU

Naxçıvanda Heydər Əliyev ilinə töhfə olaraq növbəti ağacəkmə aksiyası keçirilib - FOTOLAR

    Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Babək Rayon İcra Hakimiyyəti və “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti əməkdaşlarının, həmçinin ekokönüllülərin iştirakı ilə Əshabi-kəhf ziyarətgahına gedən yolun ətrafında növbəti dəfə ağac əkilib.
    Keçirilən aksiya zamanı ərazidə iqlim şəraitinə uyğun 700 badam ağacı əkilib, yaşıllıq zolağı salınıb. 
    Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.12.2023 20:09