AZ EN RU

Naxçıvanda hərracda satılan əmlakın sayı artıb

Dövlət əmlakı üzrə geniş seçim və rahat özəlləşdirmə imkanı hərraclarda iştirakçı fəallığını artırır. 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı" qəzetinə bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında  nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar yolu ilə satılan əmlakların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 83,3 faiz artaraq 22 olub. Cari ilin 3 ayı ərzində keçirilən hərraclardan xüsusi hesaba daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,4 faiz artıb.

Nəşr edilib : 15.04.2024 12:04