AZ EN RU

Naxçıvanda hərbi liseylərə qəbul imtahanı keçirilib

Xəbər verdiyimiz kimi, Naxçıvanda hərbi liseylərə qəbul imtahanı keçirilib.
Abituriyentlər  imtahan barədə təəssüratlarını  “Şərq qapısı” qəzeti ilə bölüşüblər:


Cavanşir Məmmədov: – Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan  hərbi liseylərə qəbul imtahanında iştirak etdim. Arzum yüksək nəticə əldə  edərək kursant olub hərbi sıralarda yer almaqdır. Vətənə xidmət etmək mənim üçün fəxrdir. 

Emil Heydərli: –  Bu gün hərbi liseylərə qəbul imtahanına böyük əhvali-ruhiyyə  ilə qatıldım. Çünki kursant olmaq uşaqlıq arzularımdan biridir. Bu cür şərəfli peşəyə yiyələnmək üçün əlimdən gələn hər şeyi etməyə hazıram. İmtahan sualları bildiyim mövzuları əhatə etdiyindən mənim üçün asan keçdi. Tək istəyim Vətənə layiqincə xidmət etməkdir. İmtahan verən hər kəsə uğurlar!


Bülbül QULİYEVA

Nəşr edilib : 21.07.2024 12:11