AZ EN RU

Naxçıvanda həmrəylik və yeni il bayramı böyük təntənə ilə qeyd olunub. Dövlət və hökumət nümayəndələri sakinlərlə görüşüb

2023-cü ilin gəlişi minlərlə muxtar respublika sakininin böyük coşğusu ilə qeyd edilib. 

Dekabrın 31-də dövlət və hökumət nümayəndələri bayram şənliyinə gəlib, sakinlərlə görüşüb, səmimi təbriklərini çatdırıblar.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb. Dövlət və hökumət nümayəndələri sakinlərlə birlikdə ölkə başçısının xalqa müraciətini izləyib.

Gecə saatlarında Naxçıvan şəhərində möhtəşəm bayram atəşfəşanlığı olub, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanıb.

Gecənin sonunda jurnalistlərə qısa müsahibə verən səlahiyyətli nümayəndə Fuad Nəcəfli Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində 2023-cü il üçün bütün planları açıqladığını diqqətə çatdıraraq gələcək fəaliyyətin ölkə başçısının təyin etdiyi istiqamətlər üzrə davam etdiriləcəyini bildirib.

Nəşr edilib : 03.01.2023 14:54