AZ EN RU

Naxçıvanda “Həmkardan-həmkara dəstək” layihəsinə start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin karyera imkanlarının artırılması məqsdilə  “Həmkardan-həmkara dəstək” layihəsinə start verilib.
Layihə  pilot olaraq akademik göstəriciləri ilə fərqlənən Naxçıvan Qızlar Liseyi, Heydər Əliyev adına tam orta məktəbdə, 12, 5, 8  və 14 nömrəli tam orta məktəblərdə çalışan müəllimlər üçün nəzərdə tutulur.
Layihənin həyata keçirilməsində məqsəd  təhsilverənlərin motivasiyasının artırılması, fəaliyyətində fərqlənən (olimpiada qalibi şagird sayı, sertifikatlaşdırma nəticələri, IX sinif buraxılış imtahanı nəticələri) müəllimlərin karyera imkanlarının genişləndirilməsidir (təşkilatçı, direktor, direktor müavini kimi təyinat).
Layihənin 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.  I mərhələdə elektron qeydiyyat (5-15 oktyabr), II mərhələdə  məlumatların araşdırılması, III mərhələdə  müsahibələrin keçirilməsi, IV mərhələdə nəticələrin elan olunması, V mərhələdə isə  təlimlər  keçiriləcək.        
Layihəyə  minimum 3 il pedaqoji staja malik təhsilverənlər müraciət edərək qatıla bilərlər.

Nəşr edilib : 04.10.2023 17:00