AZ EN RU

Naxçıvanda güzəştli kreditlərin həcmi 2 dəfədən çox artıb

Sahibkarlığın inkişafına dəstək olaraq Sahibkarlığın İnkişafı Fondu 2024-cü ilin 3 ayı ərzində kənd təsərrüfatı yönümlü 8 layihəni maliyyələşdirib. 
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Layihələrin maliyyələşdirilməsinə 189 min manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Cari ilin 3 ayı ərzində qaytarılan kreditlərin həcmi 1,7 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 52 faiz çoxdur. 
2024-cü ilin I rübündə 290,2 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Nəşr edilib : 09.04.2024 09:40