AZ EN RU

Naxçıvanda güclü qar yağışı ciddi çətinliklər yaratmayıb

Bu gün gecəyarısından başlayan və günorta saatlarında intensivləşən qar yağışı Naxçıvan şəhərində və ətraf bölgələrdə yollarda buzlanmaya və görmə məsafəsinin azalmasına səbəb olmuşdur. Normal həyat fəaliyyətinin bərpa olunması üçün müvafiq qurumların həyata keçirdiyi tədbirlər qarın yaratdığı çətinliklərin aradan qaldırılmasına kömək edir. Naxçıvan   Avtomobil Yolları Dövlət Agentliyindən aldığımız son məlumata görə hazırda Şahbuz, Ordubad və Culfanın ucqar dağ kəndlərinə hərəkətin bərpa olunması üçün intensiv yoltəmizləmə işləri aparılır. Gecə saatlarından başlayan təmizləmə işləri qarın çovğuna dönüşməsi ilə zaman-zaman çətinləşsə də işlər aralıqsız aparılır. Aldığımız məlumata görə, bütün işlərə 11 avtoqreyder, 26 özüyükboşaldan avtomaşın, səkkiz qarkürəyən, beş yükləyici, bir qumsəpən, bir qarsovuran texnika, həmçinin dörd buldozer və altı yükləyici-ekskavator cəlb olunub. 


Əli Cabbarov

Nəşr edilib : 24.01.2024 13:31