AZ EN RU

Naxçıvanda “Göycə” festivalı keçirilir - FOTOLAR

Bu gün Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi “Göycə” festivalı keçirilir.
İyunun 5-də başa çatacaq festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı keçirilir. Tədbirdə göycə yetişdirən fermerlər arasında “Ən yaxşı göycə” müsabiqəsi də keçiriləcək, iyunun 5-də qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.
Qeyd edək ki, Naxçıvanda ötən illərdə də “Göycə” festivalı keçirilib. Müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılan ənənəvi festival Naxçıvana gələn qonaqlar və turistlər tərəfindən də maraqla qarşılanır.

Nəşr edilib : 04.06.2022 14:22