AZ EN RU

Naxçıvanda gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Naxçıvanda gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
"Şərq qapısı" xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlunu bıçaqlamaqda şübhəli bilinən 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu artıq saxlanılıb.
Qeyd edək ki, hadisə dünən olub. Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Naxçıvan Sağlamlıq Mərkəzinin uzman həkimi İlyas Məmmədyarov "Şərq qapısı"na bildirilib ki, əməliyyat uğurla başa çatıb: "Xəstə Abbaslı İsmayıl Yəhya oğlu xəstəxanamıza saat 8-də daxil olub. Daxil olarkən çox qan itirmişdi. Hadisə zamanı onun şah damarı kəsilib. Onun ayağından damar çıxaraq kəsilmiş damarına onardıq. Hazirda vəziyyəti orta-ağırdıq"

Nəşr edilib : 03.03.2024 01:02