AZ EN RU

Naxçıvanda fərdi yaşayış evində baş verən yanğın söndürülüb 

Naxçıvan şəhərində fərdi yaşayış evində baş verən yanğın söndürülüb.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Nəcməddin küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəninin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Nəşr edilib : 18.11.2023 23:54