AZ EN RU

Naxçıvanda fəaliyyət göstərən bizneslər maliyyələşdirilir

Ötən il Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 27 sahibkar SİF-in güzəştli kreditlərindən yararlanıb.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 2 milyon 205 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış layihələr muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, logistika, ictimai iaşə və akvakultura kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə biznes fəaliyyətlərini həyata keçirəcək. Layihələrin icrası nəticəsində 86 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Nəşr edilib : 12.01.2024 12:39