AZ EN RU

Naxçıvanda faqot ifaçısı Ümüd Musayevin solo konserti keçirilib

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 5-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında faqot ifaçısı Ümüd Musayevin solo konserti keçirilib. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə baş tutan konsertdə ifaçını Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri, fortepianoda  Beynəlxalq müsabiqələr laureat Aynur Abdullayeva və Respublika müsabiqələr laureatı Nilufər Əliyeva müşayiət edib. Orkestrin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Cahangir Qurbanovdur.

Musiqili gecədə təqdim olunan V.A.Motsartın, F.Listin, M. Qlinkanın, A.Vivaldinin əsərləri tamaşaçılarda xoş ovqat yaradıb.

Konsert Asəf Zeynallının  “Ölkəm” romansının ifa edilməsi ilə sona çatıb.

Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.03.2024 09:07